|
Gül tutup dünyanı, gəl gəz bir bağı axşam çağı Gül, çiçəklərdən qola düz qolbağı, axşam çağı Qəlbimi yandırma tez gəl ki, ürək tab eyləməz Qəlbimə çəkdin yaman hicran dağl, axşam çağl Sən ki şəhdilə şəkərsən, birdə şirin ol mənə Sən mənə fərhad tək, qazdır, dağı, axşam çağı Ildırımdan dərs alıbdır gözlərin, od parlasın Od vurub yandirmağı, yan durmağı, axşam çağı Hər kəsi yandırsa eşqin atəşi, day, toxdamaz Şəmidən üyrənmisən yandırmağı, axşam çağı Od vurub, qəlbim yanır, yarim təmaşayə gəlib İstəmir bir zərrədə söndürmaği, axşam çağı Aşiqin qəlbi yaman nazikdir eyne şişədir Daş kimi istir könül sındırmağı, axşam çağı Gül tutubdur hər yani, gahdan divardan boylanır Bağ açıb öz başına gül bayrağı, axşam çağı Sən nə sən? Tərlan kimi, ahu baxışlı bir quzu Harda var ahu, olar qurd, oynağı, axşam çağı Sən mənim nazlı yazımsan gəl sevindir aləmi Sən gələndə tağ bəzər göy qurşağı, axşam çağı Şənliyindən göy gülür ağlır bulut, oynur yağış Başldı göy, yaş noğul yağdırmağı, axşam çağı Yığsalar aləmdəki məhrulərin ən göyçəyin Hüsnüdə olmaz yarın bir dırnağı, axşam çağı
?Lalədir, ya ki şəqayiq, ya qızıldandır şəfəq Ya ki şəhdilə qatıblar qaymağı, axşam çağı Açdı gül, nərgiz, bənöşə, lalə, sünbül, nargülü Əsdi yellər oynadı gül yaprağı, axşam çağı Durna göz, aydın bulaqdan buzlu su birtil axır Qışda buzdan dərs alıb dondurmağı, axşam çağı Çox uca güllər qucaqlarlar yarı, gülzardə Gül ayağından öpər lap alçağı, axşam çağı Aslanıp göydən qızıl tək tom üzüm salxımları Hər tərəfdən də tutub gül çardağı, axşam çağı Gün çıxar, hər gün (nəsir)a bu gecə, qalmaz gecə Sevmişəm ay çıxmağı, gün batmağı, axşam çağı
|