|
Gül üstə ari xoşdur Heyvanın bari xoşdur Qışda qari sevərəm Payızın nari xoşdur * Saz çalanda bülbüllər Oynayanda sünbüllər Bal arısi tar çalar Yan yana yatar güllər * Sənsən alma gözəlim Alma, alma, gözəlim Cavan qal qırmızi qal Tez saralma, gözəlim * Oduni yığ qucaqa Gətir qala ocaqa Hər nə olsa, olacaq Çarə yox olacaqa * Tər şamama tağında Beheşti var bağında Savalan ulu dağdır Dəryasi var dağında * Sönməz od ocağında Gül dörd bir bucağında Savalan insan bəslər Məhəbbət qucağında * Bu su, niyə lil gəlir Kəsilmir bir til gəlir On gündür yarım gedib Hər günü bir il gəlir * Aq almani soymaram Soyub yerə qoymaram Birdə bir ömür tapsam Məhəbbətdən doymaram * !Qaşların qarasına Xal salıb arasına Ürək sənindir özün Açıb bax yarasına * Gəlin baxın marala Maral gedir nar ala Istir ürəgim kimi Hər nəyim, ki, var, ala
|