spacer
Üzv: 9
Mətləb: 88
Sitə: 1
Görənlər: 1393
advertisement.png, 0 kB  
spacer
spacer

Ana səfə

Admin girişi

müdürlük
 
laylalar
İmtiyaz: / 2
PisƏla 
23 فروردين 1386 ساعت 07:45

Lay lay təbriz noğuli
Diş dəyməmiş oğuli

Tari mənə pay verib
Sənin kimi, oğuli

*

Lay lay mərənd qovuni
Ovçi ovlar ovuni

Gör necə naz balam var
Ağlamamış, ovuni

*

Lay lay hulu, alma, tut
Get alma al alma, tut

Rəşid oğlan olmusan
Qonaqlara, alma, tut

*

Lay lay alma, şamama
Gedib alma şamama

Camalıva eyləyir
Hər gün tamaşa, mama

*

Başıvi göy balınca
Şad yaşa, qocalınca

Səni ellər sevəcək
!Min pətəgin balınca

*


!Lay lay narın çiçəgi
!!Narın, narın, çiçəgi

Il başa baş gülürsən
Yuxla qarın çiçəgi

*

Lay lay gülab almasi
Lay lay yapraq dolmasi

Sənin bir naz baxışın
Ucuzladar, almasi

*

Lay lay ağızlar, dadi
Sözün ağızlar dadi

Adi burax dadi tut
Saxlar ağızlar, dadi

*

Lay lay balaca gəlin
Gözəldir məxməl yəlin

Balam gəlin olanda
Durun toyuna, gəlin

*

Lay lay dedim yatasan
Çətin yatma, yat, asan

Arzım budur ucalıb
Günə, aya çatasan

 
 

şəkillər

17.jpg

sitəyə giriş






?Şifrəzi unudmusuz
?Sitədə ad yazdırmamısız
Sitəyə üzv olma

şer seçim

Var
 
Yuxusun
 
Demişəm
 
spacer

spacer
© Nasir Paygozar
WebMaster Nasir Paygozar