|
Sən dəryada üzəli Əllər yuvar üz, əli Hər kəs vəfasız olsa Əllərindən üz, əli * Gətirməyin pul, adi Indi hər zad, puladi Pulsuz polad olsada Pul əridər poladi * Sən gedəli ay olar Səni görsəm ay, olar Ulduzdan maraqlısan ?Gör sənə tay, ay, olar * Hər ipdən yumaq olmaz Yumaqi yumaq, olmaz Zülmi zalimdən görüb Gözləri yumaq? Olmaz * Bir dərin var bir dəyaz Yara kağaz birdə, yaz Yaz ki qışda sən gəlsən Gələcəkdir birdə, yaz * Çiçək sevər gülə, yaz Götür dəvət gülə, yaz Hər kəs bir cürün sevər Bülbül aran, gül, əyaz * Mən getdim gözüm qaldi Gözündə gözüm qaldi Ürək dözə bilmədi Tək mənə dözüm, qaldi * Bura gözəl adadi Gözəllik buradadi Ağızlardan dad gedib Indi hər zad, adadi * Yollari gəzdim kəsə Yaylaq xoşdur hər kəsə Atam gedib pətəkdən Bir iki şan bala, kəsə * Qalaram otaqında Otaqın o, taqında Çoxdandır gözüm qalıb Qaşların o, taqında |